Hər kəs onların Azərbaycan xalqını satması faktlarını xatırlamalıdır - Deputat
Bizi izləyin

Nida Xəbər

Hər kəs onların Azərbaycan xalqını satması faktlarını xatırlamalıdır - Deputat

“AzTV-də 90-cı illərlə bağlı zəngin arxiv materialları var. Niyə REAL TV bu kadrları göstərir, amma dövlət televiziyası göstərmir?”.

Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Elman Məmmədov 19 oktyabrda qanunsuz şəkildə təşkil edilən aksiya ilə bağlı Yeni Azərbaycan Partiyasında keçirilən toplantıdakı çıxışı zamanı deyib.

Deputat bildirib ki, 90-cı illərin əvvəllərində gedən proseslər, hakimiyyətdəki dartışma, boğuşma, Milli Məclisdəki davalar, qanunsuzluqlar, korrupsiya, müxalifətin Azərbaycan xalqını satması faktları, müxalifətdə yaşanan proseslər olub: "Sonra bu cəbhədən iqtidara keçən şəxslər Əbülfəz Elçibəyin yanında qatıldığı toplantılarda bu addımlarını davam etdirdilər. Bununla bağlı kifayət qədər arxiv materialları var. Qoy bunları bütün gün ərzində təkrar-təkrar televiziyada nümayiş etdirsinlər ki, o dövrün şahidi olan şəxslər xatırlasın, gənclər isə tarixə əyani baxa bilsinlər. Və hər kəs kimin kim olduğunu açıq şəkildə görsün".

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm