Nida Xəbər
XİN Avropa Şurasının İnsan hüquqları üzrə Komissarının bəyanatına cavab verdi
“Gənc demokratik ölkə olan Azərbaycanda insanların bütün hüquq və azadlıqları, o cümlədən sərbəst toplaşmaq hüququ təmin olunub”.
Publika.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Avropa Şurasının İnsan hüquqları üzrə Komissarının bəyanatının şərh edilməsi ilə bağlı sualı cavablandırarkən deyib.
Mətbuat katibi vurğulayıb ki, bir qrup insanın sərbəst toplaşmaq hüququ digər qrup insanların hüquqlarının pozulması hesabına təmin oluna bilməz: “Bunu hamıdan yaxşı Avropa Şurasının İnsan hüquqları Komissarının bilməsi gərəkdir.
19 oktyabr tarixində bir qrup şəxsin mitinq keçirmək müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən baxılaraq, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, metropolitenin mühafizə zonalarında toplantıların keçirilməsi qadağan edildiyindən bu mitinqin keçirilməsi üçün Bakı şəhərində digər ərazi müəyyən edilmişdir. Mitinq müraciəti edən şəxslər qəsdən toqquşma yaratmaq məqsədilə şəhərin mərkəzi küçələrinə axışmağa cəhd etmişlər və hüquq mühafizə orqanları bu qanunsuz aksiyanın qarşısını almağa məcbur olmuşdur. Polis kübar və mədəni davranış nümayiş etdirib və heç kim ciddi xəsarət almamışdır. Aksiyada iştirak edənlərin böyük əksəriyyəti rəsmi xəbərdarlıq edildikdən sonra sərbəst buraxılmışdır, digər şəxslərlə bağlı isə işlərinə müvafiq qaydada baxılıb qərar qəbul ediləcəkdir.
Komissarın bəzi Avropa ölkələrində nümayişçilərə qarşı rezin güllələrdən və həddindən artıq şiddətdən istifadə olunması hallarına nəzər yetirməsi yaxşı olardı.
Bəzi təşkilatların məsələnin mahiyyətinə varmadan, müvafiq rəsmi qurumların mövqeyini öyrənmədən tələsik şəkildə əsassız bəyanatlarla çıxış etməsi hər hansı bir şəkildə faydalı adlandırıla bilməz, əksinə Azərbaycana münasibətdə ikili standartların tətbiq edilməsi kimi qiymətləndirilməlidir.
Bir daha vurğulayıram ki, Azərbaycanda insanların fundamental hüquq və azadlıqları təmin olunur və ölkənin hüquq mühifazə orqanlarının əsas vəzifəsi məhz bu azadlıqların keşiyində durmaqdır".
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO