Müxalifətdəkilər aldıqları vəsaiti doğrultmaq üçün... - Əli Həsənov
Bizi izləyin

Nida Xəbər

Müxalifətdəkilər aldıqları vəsaiti doğrultmaq üçün... - Əli Həsənov

Siz bütün sahələrdə islahatlar aparmısınız. Bəli, gənclərə yol verilməlidir. Bəli, ulu öndər Heydər Əliyev də bu addımları atırdı. Ulu öndər Heydər Əliyevin siyasəti bu gün tam davam edir bütün istiqamətlərdə. Nə əldə etmişiksə, təbii ki, onun hamısının kökündə, əsasında ulu öndər Heydər Əliyevin siyasəti durur.

Publika.az xəbər verir ki, bunu Baş Nazirin müavini Əli Həsənov vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar oktyabrın 21-də Prezident İlham Əliyev tərəfindən qəbul edilərkən bildirib.

"Allaha çox şükürlər olsun ki, Siz də bunu çox böyük ləyaqətlə, çox böyük bacarıqla həyata keçirirsiniz. Bu gün Siz Azərbaycanı dünyaya tanıtdırırsınız. Götürək, Mehriban xanımın işlərini. Mehriban xanım ən yüksək keyfiyyətə, humanistlik keyfiyyətinə, ən yüksək siyasi keyfiyyətə malik bir xanımdır. Mehriban xanım Azərbaycan xanımını dünya xanımları sırasında ən yüksək zirvəyə qaldırdı. Sizin sayənizdə bu gün bütün dünya Azərbaycandan danışır. Bunu necə görməmək olar? O müxalifətdəkilər aldıqları vəsaiti doğrultmaq, onları silmək üçün canfəşanlıq edirlər, ağızlarına gələni danışırlar. Bütün Azərbaycan ictimaiyyəti belə qeyri-obyektiv məsələlərə qarşı münasibət bildirməlidir, hər kəs mövqeyini bildirməlidir", - Əli Həsənov deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm