Müxalifətin daha bir oyunu İFŞA EDİLDİ - FOTO
Bizi izləyin

Nida Xəbər

Müxalifətin daha bir oyunu İFŞA EDİLDİ - FOTO

Radikal müxalifət Avropadakı mitinqlərdə polisin aksiyaçılara qarşı zorakılığını 19 oktyabrda keçirilən qanunsuz mitinqdə olmuş kimi qələmə verir.

Publika.az xəbər verir ki, bu saxtakarlığı ifşa etmək və onların iç üzünü hamıya göstərmək elə də çətin deyil.

Belə ki, Səbuhi Hümbətov adlı Feysbuk istifadəçisi polis zorakılığını əks etdirən görüntü paylaşıb və bunun Bakıdakı qanunsuz aksiyada baş verdiyini iddia edib.

Lakin tanınmış jurnalist Azər Həsrət Səbuhi Hümbətovun yaydığı fotonun Azərbaycanda deyil, Belçikanın paytaxtı Brüsseldə bu ilin may ayında “Sarı jiletlilər”in aksiyaları zamanı çəkildiyini bildirib.

Brüsseldə baş verən polis zorakılığını BU LİNKdən izləyə bilərsiniz:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm