Siyavuş Novruzovdan parlamentdə SƏRT SÖZLƏR: Qibləsini tanımayanlar...
Bizi izləyin

Nida Xəbər

Siyavuş Novruzovdan parlamentdə SƏRT SÖZLƏR: Qibləsini tanımayanlar...

Milli Məclisin plenar iclası başlayıb.

Publika.az xəbər verir ki, iclasa birinci vitse-spiker Ziyafət Əsgərov sədrlik edir.

İclasda çıxış edən Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, parlamentin komitə sədri Siyavuş Novruzov Milli Şuranın oktyabrın 19-da keçirdiyi icazəsiz aksiya haqqında danışıb.

O bildirib ki, Milli Məclis olaraq oktyabrın 19-da Bakı şəhərində keçirilən qeyri-qanunu aksiyaya münasibət bildirilməlidir: “Bir qrup qeyri-milli, erməni lobbisinə işləyən şəxs Azərbaycanda gedən proseslərə, inkişafa kölgə salmaq üçün qadağan olunmuş ərazidə mitinq keçirməyə cəhd ediblər. Qanunun ona yaxın maddəsini pozublar. Milli Məclis olaraq məsələyə münasibət bildirilməlidir. Bu gün Azərbaycan Prezidenti beynəlxalq tribunalarda ölkəni çox yüksək səviyyədə təmsil edir. Qibləsini tanımayanlar insanlardan alət kimi istifadə etdiyini deyirilər. Üzümu tutub dindarlara sual vermək istəyirəm ki, bəs siz bunların yanında nə edirsiniz? Azərbaycan Prezidenti dinə böyük hörmətlə yanaşır, Prezident, birinci vitse-prezident tərəfindən məscidlər tikilir, təmir olunur. Amma bunlar qurulanları da dağıtmaq istəyirlər. Hər kəs, ictimai təşkilatlar da çıxıb bu məsələyə münasibət bildirməlidir. Təkcə deputatlar bu məsələyə cavab verməli deyil. Bütün təşkilatlara Prezident tərəfindən böyük diqqət yetirilib. Onlar da öz mövqeyini bildirməlidir”.

S.Novruzov həmkarı Fazil Mustafanın müsahibəsində işlətdiyi ifadələrə də toxunaraq, onunla razılaşmadığını bəyan edib: “Fazil Mustafa tərəfindən bir müsahibə verilib ki, islahat Milli Məclisdən başlamalıdır. Milli Məclis qanun qəbul edir. Fazil Mustafa deyir ki, Milli Məclis deputatların sosial şəbəkələrdə fəaliyyətinə məhdudiyyət tətbiq edir. Burada olan deputatların hamısına sual verirəm, sizə belə bir məhdudiyyət tətbiq olunubmu?”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm