• USD 1,7000 0,00% EUR 1,9860 -0,61%
    • GBP 2,1961 -0,65% RUB 0,0216 +0,46%

Venesuela Prezidenti Nikolas Maduro Bakıya gələcək

Venesuela Prezidenti Nikolas Maduro Bakıya gələcək

Venesuela Prezidenti, Qoşulmama Hərəkatının sədri Nikolas Maduronun Qoşulmama Hərəkatının XVIII sammitində iştirak etmək üçün Bakıya səfər edəcəyi gözlənilir.

Publika.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransında nazir müavini Ramiz Həsənov bildirb. O qeyd edib ki, hələlik bununla bağlı yekun fikir söyləmək mümkün deyil.

R.Həsənov onu da qeyd edib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da sammitdə iştirak üçün Bakıya gələcəyi gözlənilirdi. Ancaq həmin günlərdə Soçidə Afrika ölkələrinin iştirakı ilə böyük bir toplantı keçiriləcəyindən bu səfər baş tutmayacaq. R.Həsənov Qoşulmama Hərəkatında müşahidəçi dövlət olan Ermənistanın sammitdə iştirak edib-etməyəcəyinə dair Teleqraf.com əməkdaşının sualını cavablandırıb. Qeyd edib ki, Ermənistanın tədbirdə iştirakı nəzərdə tutulmayıb.

XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva suala daha ətraflı cavab verib: “Doğru qeyd etdiniz ki, Ermənistan Qoşulmama Hərəkatında müşahidəçi statusuna malikdir. Azərbaycan hazırkı sədr, yəni Venesuela vasitəsilə bütün üzv dövlətlər arasında Bakıda keçiriləcək sammitlə bağlı məlumatı yaymışdı. Bu sammitdə iştirak etmək niyyəti olan ölkələr, nümayəndə heyətləri qeydiyyatdan keçib iştiraklarını təmin edirlər. Hazırda isə iştirakçılar sırasında Ermənistanın adı yoxdur”.

Səxavət

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR