Əli Əsədov 3 yüksək vəzifəli şəxsi işdən çıxardı, 2 nəfəri isə... - VİDEO
Bizi izləyin

Nida Xəbər

Əli Əsədov 3 yüksək vəzifəli şəxsi işdən çıxardı, 2 nəfəri isə... - VİDEO

Video əlavə olunub.

***

Yeni Baş Nazir Əli Əsədovun Nazirlər Kabinetində kadr islahatları davam edir.

Ə.Əsədovun sərəncamları ilə Ələsgər Ələsgərov Baş Nazirin köməkçisi, Hikmət Xəlilov Nazirlər Kabinetinin İşlər müdiri təyin edilib. Kadr islahatları Nazirlər Kabinetinin digər şöbələrini də əhatə edəcək.

***

09:25

Yeni təyin olunan Baş Nazir Əli Əsədov Nazirlər Kabinetində kadr islahatlarına başlayıb.

Ə.Əsədovun müvafiq əmri ilə Nazirlər Kabinetinin İşlər müdiri Adil Əhmədov, Baş Nazirin köməkçiləri Tofiq Sarıcalinski və Natiq Əzizov vəzifəsindən azad ediliblər. Həmin vəzifələrə hələlik yeni təyinat olmayıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin oktyabrın 8-də imzaladığı sərəncamla Əli Əsədov Baş nazir təyin edilib.(Report)

Video: Sevinc Xanqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm