Nida Xəbər
Bakıda Qoşulmama Hərəkatı XİN başçılarının görüşü başladı
Bakıda Qoşulmama Hərəkatının Dövlət və Hökumət Başçılarının XVIII sammiti ərəfəsində Xarici İşlər Nazirləri Şurasının görüşü başlayıb.
Publika.az xəbər verir ki, iclası 2016-cı ildən hərəkata sədrlik edən Venesuela Bolivar Respublikasının xarici işlər naziri Xorxe Arreaza açıb. O qeyd edib ki, Venesuela ölkələrin ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşır və Qoşulmama Hərəkatının əsas prinsiplərindən də biri budur. O bildirib ki, dünyada ölkələrin xarici təcavüzə qarşı müqavimət göstərməsi, qorunması vacibdir. “Lakin təəssüflər olsun ki, bu gün işğal, hərbi, siyasi müdaxilənin şahidi oluruq”,-deyə o əlavə edib. XİN rəhbəri bildirib ki, Venesuela da təcavüz qurbanıdır: “Bu isə ölkədə sülh və təhlükəsizliyin əleyhinə yönəlib. Venesueelaya siyasi müdaxilələr iqtisadi, humanitar problemlərə gətirib çıxarır. Venesuela isə dialoq tərəfdarıdır. Biz beynəlxalq hüquqa hörmət edirik. Biz bu istiqamətdə, siyasi razılığa gəlinmə rolu ilə problemləri həll etmək niyyətindəyik. Biz beynəlxalq hüquqa və prinsiplərə əməl etməyi davam edəcəyik. Qoşulmama Hərəkatının üzvlərinə BMT-nin İnsan Hüquqları Komitəsində bizə dəstək olduqları üçün təşəkkür edirik”. Daha sonra Venesuelanın XİN başçısı sədrlik səlahiyyətlərinin 2019-2022-ci illərdə təşkilata sədrlik edəcək Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova keçdiyini bildirib və onu təbrik edib.
Səxavət
-
İdman22:04
"Qarabağ" finalda!
-
Hadisə21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı