ABŞ-ın “dəniz pişikləri” Qarabağa gəldi və Azərbaycana... - Ermənistan ŞOKDA (VİDEO)
Bizi izləyin

Nida Xəbər

ABŞ-ın “dəniz pişikləri” Qarabağa gəldi və Azərbaycana... - Ermənistan ŞOKDA (VİDEO)

ABŞ-ın CBS kanalında yayımlanan “SEAL Team” serialında amerikalı xüsusi təyinatlılarının Dağlıq Qarabağda atəşkəsi pozan ermənilərə qarşı hərbi əməliyyata başlamasını əks etdirən epizod ətrafında ermənilərin qopardığı qalmaqal davam edir.

Publika.az
xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin “Navy SEAL” elit bölməsinin həyatına həsr olunmuş teleserialda “dəniz pişikləri”nin növbəti təlimatlandırılması zamanı “ermənilərin 12 saat əvvəl Dağlıq Qarabağda atəşkəsi pozduğu” qeyd olunur. Xüsusi təyinatlılardan biri soruşur ki, “niyə onlara aid olmayan münaqişəyə baş qoşurlar”. Cavabda bildirilir ki, “Çünki Azərbaycan Xəzər regionunda ABŞ-ın yeganə müttəfiqidir”.

Daha sonra Azərbaycanın sərhəddəki elektrik stansiyasından bəhs olunur və bildirilir ki, stansiya ermənilər və “şiə militanları”, eləcə də ABŞ-ın regiondakı təsirini hədəfə alan digər qüvvələr üçün asan hədəf ola bilər. Serialda amerikalı xüsusi təyinatlıların Dağlıq Qarabağa gəldiyi, daha sonra elektrik stansiyasına edilən hücumun dəf edilməsində iştirak etdiyi göstərilir.

16 oktyabrda yayımlanan serialdakı bu epizodlar ermənilərin ciddi narazılığına səbəb olub. Amerikadakı erməni icması CBS telekanalına etiraz edir, həmçinin, Ermənistanı regionda ABŞ-ın “yeganə demokratik müttəfiqi” adlandırırlar.

Lakin ekspertlər teleserialda yer alan epizodun əslində Vaşinqtonun Cənubi Qafqaza münasibətini və yeganə müttəfiqinin Azərbaycan olduğunu qeyd edirlər. Ermənilər isə hələ də etiraz etməkdə davam edir.



Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm