Elmar Məmmədyarov: Fələstin xalqının yanındayıq
Bizi izləyin

Nida Xəbər

Elmar Məmmədyarov: Fələstin xalqının yanındayıq

Bakıda Qoşulmama Hərəkatının Fələstin üzrə Nazirlər Komitəsinin iclası keçirilib.

Publika.az xəbər verir ki, iclasda çıxış edən Xarici İşlər naziri Elmar Məmmədyarov Fələstin Dövlətinə artan beynəlxalq dəstəyin məmnunuq doğurduğunu bildirib.

“Fələstin xalqına sülh, sabitlik və dayanıqlı inkişaf uğrunda apardığı mübarizədə Azərbaycanın hərtərəfli dəstəyini bir daha bildirmək istərdim. Azərbaycan ardıcıl qaydada İsrail-Fələstin münaqişəsinin Fələstin Dövlətinin paytaxtı Şərqi Qüdsdə olmaqla, iki dövlət modelinə əsasən həllinin tərəfdarıdır. Bir neçə il əvvəl Azərbaycanda Fələstin Dövlətinə kömək məqsədilə İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsinin təsis konfransı və Qüds şəhərinin inkişafına dəstək üzrə donor konfransı keçirildi. 2017-ci ilin iyul ayında Azərbaycanda Qüds məsələsinə dair BMT-nin Fələstin xalqının ayrılmaz hüquqlarının həyata keçirilməsi üzrə Komitəsi, BMT-nin Humanitar məsələlər üzrə Əlaqələndirmə Ofisi, İƏT və müxtəlif digər hökumət və vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə beynəlxalq konfrans təşkil olundu. Konfrans Şərqi Qüdsün işğalı və Əl-Əqsa məscidində ibadət edən möminlərə qoyulan məhdudiyyətləri pisləyən bir bəyanat qəbul etdi. Bu gün də, həmişə olduğu kimi, Fələstin xalqının yanındayıq.

2018-ci ilin noyabr ayında Fələstin rəhbərliyinin xahişi ilə Azərbaycan Fələstin Dövlətinin Asiyadakı səfirlərinin konfransına ev sahibliyi etdi.

2018-ci ilin aprelində Qoşulmama Hərəkatı (QH) Troykası qaydasında Azərbaycanda "Davamlı inkişaf üçün beynəlxalq sülh və təhlükəsizliyin təşviqi" adlı 18-ci Aralıq Nazirlər Toplantısı keçirildiyini xatırladan nazir bildirib ki, bu tədbir çərçivəsində QH Nazirlər Komitəsinin Fələstin üzrə iclası təşkil edildi. Yekun Bakı Bəyannaməsində pozuntulara tam son qoyulması üçün ciddi, kollektiv səy göstərməyə çağırışlar təkrarlandı", - XİN başçısı deyib.

Elmar Məmmədyarov Azərbaycan Respublikasının həmişə çətin günlərdə Fələstin xalqını dəstəklədiyini və İslam həmrəyliyinə sadiq olduğunu qeyd edib:

"Bu dəstəyin bariz nümunəsi kimi, 2018-ci ilin oktyabr ayında BMT-nin Yaxın Şərqdəki Fələstin qaçqınları üçün yardım və iş Agentliyinə (UNRWA) 200 000 ABŞ dolları ayırmasıdır.

Biz, Azərbaycanda Fələstin xalqının əziyyətlərini yaxşı başa düşürük, çünki Azərbaycan xalqı da qonşu Ermənistan tərəfindən torpaqlarımızın işğalından əziyyət çəkir. Buna görə Fələstin xalqına dəstəyimiz qəlbdən gəlir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm