Qoşulmama Hərəkatının sammitinin yekun sənədləri razılaşdırıldı
Bizi izləyin

Nida Xəbər

Qoşulmama Hərəkatının sammitinin yekun sənədləri razılaşdırıldı

Qoşulmama Hərəkatının XVIII zirvə görüşünə hazırlıq çərçivəsində keçirilən xarici işlər nazirlərinin görüşü öz işini yekunlaşdırıb.

Publika.az xəbər verir ki, bunu nazirlərin görüşünün yekunları ilə bağlı media nümayəndələrinə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva bildirib.

O qeyd edib ki, interaktiv formatda keçirilən görüş zamanı nazirlər oktyabrın 25-26-da Bakıda keçiriləcək Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının XVIII sammiti zamanı dövlət və hökumət başçılarına təqdim olunacaq 4 sənədi müzakirə edərək razılaşdırıblar.

L.Abdullayeva qeyd edib ki, bu sənədlər Bakı Zirvə Görüşünün yekun sənədi, Bakı Siyasi Bəyannaməsi, Fələstin üzrə Bəyannamə və Ev sahibiliyi dövlətə Təşəkkür Bəyannaməsindən ibarətdir. Qeyd edək ki, Bakı sammitində Qoşulmama Hərəkatına sədlik 3 il müddətinə Azərbaycana keçəcək.

Səxavət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm