Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Komissiyasına müraciət etdi
Bizi izləyin

Nida Xəbər

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Komissiyasına müraciət etdi

Yeni Azərbaycan Partiyası (YAP) dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirakla bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edib.

YAP-ın mətbuat xidmətindən Publika.az-a daxil olan məlumata görə, Yeni Azərbaycan Partiyasının İdarə Heyəti Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq bələdiyyə seçkilərində iştirakla bağlı qərar qəbul edib.

İdarə Heyətinin qəbul etdiyi qərarda göstərilir ki, Yeni Azərbaycan Partiyası dekabrın 23-də Azərbaycan Respublikasında keçiriləcək bələdiyyə seçkilərində ölkəni əhatə edən bütün bələdiyyələr üzrə seçkilərdə iştirak etsin.

Mərkəzi Seçki Komissiyasına ünvanlanmış məktubda qeyd olunur ki, yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilər vətəndaşların demokratik proseslərdə iştirakı baxımından xüsusi əhəmiyyət kəsb edir.

Yeni Azərbaycan Partiyası ölkəmizdə keçirilən bütün bələdiyyə seçkilərində fəal iştirak edərək əhəmiyyətli uğurlara imza atıb. Partiyanın İdarə Heyətinin bu qərarı əldə olunmuş uğurları daha da genişləndirmək, vətəndaşların bələdiyyə seçkilərində fəal iştirakını təmin etmək məqsədilə qəbul olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm