• USD 1,7000 0,00% EUR 2,0117 +0,27%
    • GBP 2,2141 -0,28% RUB 0,0222 0,00%

Qrup-77 Azərbaycana və Qoşulmama Hərəkatına böyük etimad göstərir

Qrup-77 Azərbaycana və Qoşulmama Hərəkatına böyük etimad göstərir

Qrup-77 (G-77) Azərbaycana və Qoşulmama Hərəkatına böyük etimad göstərir. Bandunq prinsiplərindən çıxış edərək deməliyik ki, dünyada sülh və təhlükəsizlik məsələləri bu gün heç vaxt olmadığı qədər vacibdir.

Publika.az-ın xəbərinə görə, bunu Qoşulamama Hərəkatının sammitində çıxışı zamanı Qrup-77 (G-77) təşkilatının rəsmi nümayəndəsi bildirib.

O qeyd edib ki, bu gün beynəlxalq səviyyədə hədələri görürük:

“Biz daha yekdil olmalıyıq. Qoşulmama Hərəkatı, Qrup-77 və Çin çoxtərəfliliyin ən böyük carçılarıdır. Bizim məramımız insan hüquqlarına əsaslanır. Qrupumuz bir daha bəyan edir ki, BMT-nin “Davamlı İnkişaf Gündəliyi-2030”la bağlı elan etdiyi hədəfləri dəstəkləyir. Biz eyni zamanda müstəmləkəçilikdən əziyyət çəkən dövlətlərə daha çox yardımın göstərilməsini dəstəkləyirik. Xüsusən inkişaf proseslərindən geri qalan dövlətlərə bu yardımın göstərilməsinin tərəfdarıyıq. Biz qarşımızda duran gündəliyi lazımınca öyrənib yerinə yetirməliyik. Yoxsulluğun aradan qaldırılması, iqlim dəyişikliyinə qarşı mübarizə bu gün dünya gündəmində duran ən mühüm məsələlərdən biridir. İqlim dəyişikliyinə gəldikdə isə deməliyik ki, bu sahədə əməkdaşlıq üçün beynəlxalq konsensus var. Ancaq biz istərdik ki artıq qəbul edilmiş qərarlar konkret həyata keçirilsin”.

Qeyd edək ki, 2019-cu il sentyabrın 28-də Nyu-York şəhərində keçirilən BMT Baş Assambleyasının iclası çərçivəsində Azərbaycan Respublikası Qrup 77 (G-77) təşkilatının 43-cü illik iclasında təşkilata 135-ci üzvü qismində qoşulub.

Səxavət

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR