İraqa girdilər, kütləvi qırğın silahı tapmadılar, amma... – Malayziyanın Baş naziri
Bizi izləyin

Nida Xəbər

İraqa girdilər, kütləvi qırğın silahı tapmadılar, amma... – Malayziyanın Baş naziri

Bu gün biz burada bir araya toplaşaraq müasir dünyanın problemlərinə həll tapmağa çalışırıq. 2003-cü ildə Malayziyada keçirilən sammitdə çıxışımda dünyanın çox çətin bir vəziyyətdə olduğunu dilə gətirmişdim – ya bizdənsən, ya da bizə qarşı. Mənim bu çıxışımdan bir müddət sonra İraqa hücum edildi. Kütləvi qırğın silahı bəhanəsilə İraqa girdilər və resusrlarını talan etdilər, lakin sonda məlum oldu ki, heç bir silah yoxdur. Bu əməliyyat isə BMT-nin icazəsi olmadan baş verdi. 16 il keçib, nəsə dəyişibmi? Yaxın Şərqdəki vəziyyət göz önündədir.

Publika.az xəbər verir ki, bunu Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının sammitində Malayziyanın baş naziri Mahatir bin Məhəmməd bildirib.

O qeyd edib ki, müharibə istəyən ölkələr hələ də çalışır: “Burada olan ölkələrin bəziləri bu problemlə üzləşib və ya üzləşmək təhlükəsi var. Terror elə bir şeydir ki, ondan heç bir ölkə siğortalana bilməz. Terror hazırda təkcə qruplaşmalar şəklində deyil, dövlət səviyyəsində də aparılır. Kamikadze əgər öz üzərinə bomba bağlayıb özünü partladırsa, deməli, bu insan çox qəzəblidir. Onunla danışmaq lazımdır. Bəzi ölkələr işğal olunur, nizamlı ordusu olmur, vətəndaşları isə belə aqressiv bir üsulla mübarizə aparır. Əgər biz terroru yaradan səbəblərlə mübarizə aparmasaq, terrora son qoya bilmərik. Bütün üzv dövlətləti terrorun səbəbini, motivlərini araşdırıb ona qarşı mübarizə aparmağa çağırıram.

Ticarət müharibələri adi müharibələr qədər sarsıdıcıdır. Bu, sosial problemləri və iğtışaşları meydana gətirir. Məsələn, Malayziya hazırda sual qarşısındadır, bu ticarət müharibələrinin sonunu istəyirik. Bu, bütün dünya ölkələrinə və iqtisadiyyatına təsir göstərir. Bu gün ABŞ-Çin qarşıdurması bizi çətin vəziyyətdə qoyur. Bu iki böyük iqtisadi gücün qarşıdurması uzun illər davam edə bilər. Biz hər iki iqtisadiyyata çox bağlıyıq. Buna görə də bu qarşıdurma hər birimizə təsir göstərəcək. Bunların qarşısını almağa çalışmaq lazımdır. Malayziya bu mövqedədir ki, bir insanı qətlə yetirən cinayətkar cəzalandırılır, milyonlarla insanı qətlə yetirənlər isə cəzasız qalır. Ölkələr məhv edilir, trilyonlarla dollar itkilər baş verir, uşaqlar, qadınlar öldürülür. Bunların qarşısı alınmalıdır. Özümüzü nə qədər sivil adlandırsaq da, bu kimi halların yaşandığı dünyada özümüzü sivil adlandıra bilmərik. Bunların qarşısının alınması üçün beynəlxalq hüquq məhkəməsi işə salınmalıdır. Mübahisə və qarşıdurmalar müharibə yolu ilə deyil, beynəlxalq məhkəməylə həll edilməlidir”.

Malayziyanın Baş naziri İsrail-Fələstim münaqişəsi barədə də danışıb: “Mən burada fələstinli qardaşlarımızı yada salmaq istəyirəm. İsrail hələ də İordan çayının qərb sahilində əraziləri anneksiya etməyə davam edir, artıq o elan edir ki, Qüds onun paytaxtıdır. Hətta bəzi ölkələr bunu qəbul edir, orda səfirliklər açır. Biz Malayziya olaraq hərəkatın üzvlərinə səslənir və bu məsələyə ciddi yanaşmağa çağırırıq. İsrail əlindən gələni edəcək ki, biz Fələstinə yardım edə bilməyək, amma biz əlimizdən gələni edəcəyik. İsrailin məqsədi qeyri-insanı yanaşması ilə Fələstini yer üzündən silməkdir. Beynəlxalq ictimaiyyət isə bunlara göz yumur. Beynəlxalq təşkilatların bununla bağlı verdiyi qərarlar isə qulaq ardına vurulur. Embarqo və sanksiyalarla bizi vahid olmağa qoymurlar. Bizim fərqli mövqelərimiz ola bilər, lakin bu, dialoq və danışıqlarla yoluna qoyulmalıdır. Biz qüdrətli dövlətlərin iradəsinə görə parçalanmamalıyıq. Builki sammitin şüarı müasir çağırışlarla bağlıdır. Biz bu gün 10 Bandunq prinsipini qorumalıyıq. Lakin bunu birlikdə etməliyik. Yalnız o zaman bu gün gördüyümüz ədalətsizliklərə son qoya bilərik”.

Səxavət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm