Sülh arzulayırlarsa... - Türkmənistan prezidenti
Bizi izləyin

Nida Xəbər

Sülh arzulayırlarsa... - Türkmənistan prezidenti

“Yeni geosiyasi ssenarilər üzə çıxıb. Bütün bunlar bizdən adekvat həll yanaşmaları tətbiq etməyi tələb edir. Bu gün Qoşulmama Hərəkatının üzvləri səylərini birləşdirərərək sülhün və sabitliyin təmin olunması istiqamətində çalışırlar. Biz dünyada qlobal qərarların qəbul edilməsində iştirak etməliyik. Türkmənsitan inanır ki, bu çağırışların dəf edilməsində bizim imkanlarımız var. Bizim atdığımız addımlar, qəbul etdiyimiz qərarlar bu gün də aktuallığını itirmir. Beynəlxalq ictimaiyyət bizi qlobal təhlükəsizliyə çalışan təşkilat kimi qəbul etməlidir. Bunun üçün etimadın təmin edilməsi, beynəlxalq səviyyədə əsaslandırılmış qərarların qəbulu vacibdir”.

Publika.az xəbər verir ki, bunu Qoşulmama Hərəkatının 18-ci sammitində çıxış edən Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov deyib.

O bildirib ki, 2016-cı ildə Vensuelanın Marqarita adasında keçirilən sammitdən sonra dünyada ciddi dəyişiklik baş verib: “Öz məsuliyyətimizi qavrayaraq Türkmənistan BMT Baş Assambleyasının qəbil etdiyi qərarları tam qəbul edir. Biz dünyada sülhün təmin olunmasına bundan sonra da tam dəstək verəcəyimizi bəyan edirik. Biz ötən müddət ərzində BMT-nin 23 qərarının qəbulunda iştirak etmişik. Bu qərarlar sülh və təhlükəsizliklə bağlı qərarlardır. Bu çərçivədə ən əhəmiyyətli qərar qlobal təhlükəsizliyə qarşı mübarizə aparılmasıdır. Türkmənistan qlobal antiterror strategiyasının həyata keçirilməsinin tərəfdarıdır. Bu, həm qlobal, həm də milli səviyyədə aparılmalıdır. Bu ölkələr birbaşa terrordan, hədələrdən əziyyət çəkirlər. Bir problem də qaçqınlar problemidir. Bir sıra dövlətlər bu problemlə üzləşir. Beynəlxalq ictimaiyyəti bu məsələdə daha fəal etməliyik. Deməliyəm ki, Türkmənistan son 10 ildə 20 mindən artıq qaçqına və vətəndaşlığı olmayan şəxsə vətəndaşlıq verib”.

Q.Berdıməhəmmmədov qeyd edib ki, digər məsələ QH-nın qlobal iqtisadiyyatda iştirakı ilə bağlıdır:

“İnkişafda olan ölkələr öz legitim hüquqlarının təmin edilməsinə qalxmalıdırlar. Süni baryerlərin aradan qaldırılmasında Qoşulmama Hərəkatı vahid mövqedən çıxış etməldir. Bu baxımdan olduqca vacibdir ki, eyni prinsiplər olmalıdır, resurslara çıxış olmalıdır. Hasilatçıların, tranzit ölkələrin maraqları tarazlı şəkildə təmin olunmalıdır. Əhatəli enerji təhlükəsizliyi paktı tərtib edilməlidir”.

Türkmənistan Prezidenti Xəzəryanı ölkələrin birinin paytaxtında olduqlarını xatırladıb və region dövlətlərinin ekologiyasının qorunmasına xüsusi xidmət göstərilməli olduğunu qeyd edib:

“Bildiyiniz kimi, avqust ayında bu il biz Xəzərlə bağlı forum keçirdik. Biz bu forumda Xəzər dənizinin ekoloji proqramını tətbiq etdik”.

Türkmənistan Prezidenti qeyd edib ki, gələn il Türkmənistanın neytral statusunun tanınmasının 20-ci ildönümü qeyd olunacaq:

“Gələn il bizim hərəkata üzvlüyümüzün 25 illiyi tamam olacaq. 1995-ci ilin oktyabr ayında Kolumbiyanın Kartaxena şəhərində keçirilən sammitdə biz bu təşkilata qoşulmuşuq. Türkmənsitan neytral dövlətdir və belə də qalacaq. Keçmişdən irəli gələrək bir çox tədbirlər təşkil etmişik. Bu da bizim fəlsəfəmizdən, məqəsdlərimizdən, dəyərlərimizdən irəli gəlir. O xalqlar sülhü arzulaylırlarsa, onlar bir-birilərinin işinə qarışmamalıdırlar. Dekabr ayında bu istiqamətdə Aşqabadda tədbir keçiriləcək. Mən hamınızı bu tədbirdə iştirak etmək üçün Aşqabada dəvət edirəm”.

Səxavət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm