Altay Əfəndiyev: Cəzasızlıq daha böyük cinayətlər doğurur
Bizi izləyin

Nida Xəbər

Altay Əfəndiyev: Cəzasızlıq daha böyük cinayətlər doğurur

Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM 1997-ci ildə 4 ölkənin – Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın iştirakı ilə yaradılıb. Baş qərargahı Kiyevdə yerləşən təşkilat əməkdaşlığın inkişafını təşviq edir. Qoşulmama Hərəkatı da beynəlxalq əlaqələrin inkişafında mühüm rol oynayır. GUAM hərbi münaqişələrə qarşıdır.

Publika.az xəbər verir ki, bunu QH-nın sammitində çıxışı zamanı GUAM-ın Baş katibi Altay Əfəndiyev bildirib.

O qeyd edib ki, regiondakı münaqişələr suverenliyə və ərazi bütövlüyünə böyük təhdiddir:

“Bu münaqişələr milyonlarla insanın həyatına təsir edir. Baxmayaraq ki, GUAM ölkələrinin ərazi bütövlüyü ilə bağlı BMT TŞ-nin çoxsaylı qətnamələri var, amma onlar hər hansı nəticəyə gətirib çıxarmayıb. Dünən Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi ikili standartlar hökm sürür. Cəzasızlıq daha böyük cinayətlər doğurur. GUAM hesab edir ki, münaqişələr beynəlxalq hüququn ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı prinsipi çərçivəsində həllini tapmalıdır. Mən bu imkandan və yüksək tribunadan istifadə edərək sizi GUAM-ın regionda münaqişələrin qadağan olunmasına dair təşəbbüsünü müdafiə etməyə dəvət edirəm”.

A.Əfəndiyev GUAM-ın Azərbaycanın sədrliyini müdafiə etdiyini bildirib. Əlavə edib ki, 10 Bandunq prinsipi beynəlxalq münasibətlərdə aktualıq kəsb etməkdə davam edir:

“Biz Azərbaycanın vacib rolunu qeyd edərək sammitin üzv dövlətlər arasında konsolidasiyaya gətirib çıxaracağına əminik. Qoşulmama Hərəkatı ilə birgə biz beynəlxalq münasibətlərdə həlledici rol oynaya bilərik. Mən Azərbaycan Respublikasını sədrliyə başlaması münasibətilə təbrik edirəm”.

Səxavət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm