• USD 1,7000 0,00% EUR 1,9982 -0,22%
    • GBP 2,2104 -0,30% RUB 0,0215 -2,33%

Ermənistanın işğalçı olduğu 120 dövlətin mövqeyində də təsdiqini tapdı - ŞƏRH

Ermənistanın işğalçı olduğu 120 dövlətin mövqeyində də təsdiqini tapdı - ŞƏRH

Bakıda keçirilən Qoşulmama Hərəkatı çox böyük uğurla başa çatdı və mühüm bəyanatların qəbulu ilə yadda qaldı.

Bunu Trend-ə politoloq Arzu Nağıyev deyib.

Politoloq qeyd edib ki, bu zirvə görüşü Azərbaycanın növbəti və mühüm qələbəsini əks etdirən bir tədbir idi:

"Prezident İlham Əliyevin çıxışları və keçirdiyi görüşlərdə Azərabaycanın ərazi bütövlüyünün toxunulmamazlığı, Ermənistanın işğalçı bir dövlət olduğu bir daha 120 dövlətin mövqeyində də təsdiqini tapdı. Yəni Ermənistanın işğalçılıq siyasətinin davam etdirilməsi nəticəsində tək Azərbaycanın ərazi bütövlüyünə deyil, eyni zamanda beynəlxalq səviyyədə terrorizmin, separatizmin dəstəklənməsinə imkan yaratması məsələsinin ağır fəsadlarla nəticələnməsi bir daha təsdiqləndi. Bununla yanaşı, Prezident İlham Əliyev Azərbaycanın dünyəvi bir dövlət olduğunu, müstəqilliyin qorunmasının, təhlükəsizliyin təminatının, multikultural dəyərlərə hörmətlə yanaşmanın və bunların məhz hər bir vətəndaşın rifahı naminə islahatların aparıldığı bir dövlət olduğunu öz çıxışlarında göstərdi. Azərabaycan bir daha dünyanın 200-ə yaxın dövlətinin tədbirdə təmsil edilən üçdə iki hissəsinin qarşısında ən mühüm tədbirlərin necə yüksək səviyyədə və tam təhlükısizliyə təminat verilən bir şəraitdə keçirilməsini göstərdi. İstər ikitərəfli görüşlərdə, isətərsə də sammit vaxtı dünya dövlətləri Azərbaycanın iqtisadi, siyasi və mədəni–humanitar sahədə mühüm və ciddi tərəfdaş olduğunun şahidi oldular. Təbii ki, burada Azərbaycan diplomatiyasının uğuru da qeyd edilməlidir, bu məsələ də iştirakçı dövlətlərin nümayəndələrinin çıxışlarında yer aldı. Ən mühüm məsələ kimi iştirakçı dövlətlərin ölkəmizdə insan hüquq və azadlıqlarına, qanunların aliliyinə və mətbuat azadlığının təmin olunmasına zəmanət verildiyinin canlı şahidi olduqlarını qeyd etməkləri idi. Bütün bu kimi aspektlər Qoşulmama Hərəkatının Zirvə Görüşü tərəfindən Azərbaycanın ərazi bütövlüyünə ciddi dəstək ifadə etdi və bu dəsətəyin əldə edilməsində Azərbaycan rəhbərliyinin və təbii ki, cənab İlham Əliyevin apardığı daxili və xarici siyasətin çox mühüm rolu danılmaz bir faktordur".

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR