Lonçar: Qoşulmama Hərəkatının Bakı Sammiti yüksək səviyyədə təşkil olunub
Bizi izləyin

Nida Xəbər

Lonçar: Qoşulmama Hərəkatının Bakı Sammiti yüksək səviyyədə təşkil olunub

Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çox yüksək səviyyədə təşkil olunub.

Xarici işlər nazirlərinin beynəlxalq şurasının sabiq vitse-prezidenti Budimir Lonçar bu fikri Bakıda keçirilən Sammit barədə təəssüratlarını bölüşərkən səsləndirib. Belə bir mötəbər beynəlxalq qurumun Zirvə Görüşünün Bakıda yüksək səviyyədə təşkil olunması onu deməyə əsas verir ki, ölkəniz növbəti üç il ərzindəki sədrliyi də uğurla həyata keçirəcək. Azərbaycan bu gün sülhsevər, səmərəli və məhsuldar siyasət yürüdür.

“Mən Qoşulmama Hərəkatının nazirlər səviyyəsində olan toplantılarına bir neçə dəfə sədrlik etdiyimdən deyə bilərəm ki, bu tədbir üçün vaxt çox düzgün seçilib. Belə ki, Sammit dünya ölkələrinin bir-birindən daha çox asılı olduğu, eyni zamanda, parçalandığı və qütbləşdiyi dövrə təsadüf edir. Qoşulmama Hərəkatı üzv dövlətlər arasında sülhün və təhlükəsizliyin carçısı kimi çıxış edərək, onların ortaq maraqlarını beynəlxalq arenada müdafiə edir”, - deyə Budimir Lonçar qeyd edib.(Azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm