Azərbaycan Qoşulmama Hərəkatında mühüm rol oynayır - Burkitbay Ayaqan
Bizi izləyin

Nida Xəbər

Azərbaycan Qoşulmama Hərəkatında mühüm rol oynayır - Burkitbay Ayaqan

Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana keçməsi ölkənizin uğurudur və Azərbaycan doğru yol seçib.

Bunu Azərtac-a müsahibəsində Qazaxıstan Dövlət Tarix İnstitutunun direktoru, professor Burkitbay Ayaqan deyib.

O qeyd edib ki, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün Bakıda keçirilməsi hazırkı dövrdə Azərbaycanın bir çox ciddi məsələlərin düzgün həllində, diplomatik addımların atılmasında və sülhsevər yolların axtarışında olmasından xəbər verir.

Direktor bildirib ki, Azərbaycan qonşu dövlətin aqressiv təcavüzkarlığı qarşısında, ərazisi işğal altında olan ölkədir. Buna baxmayaraq Azərbaycan rəhbərliyi qoşulmama istiqamətində çox ciddi siyasət aparır. Düşünürəm ki, Azərbaycan Qoşulmama Hərəkatında mühüm rol oynayır.

Bundan başqa tarixçi alim Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Bakıda keçirilən VII Zirvə Görüşünün yüksək təşkilatçılıqla keçirildiyini bildirdi. Azərbaycanın uzaq Şərqdən Afrikaya qədər parçalanan türkdilli ölkələrin mərkəzində yerləşdiyini söyləyən alim türk dünyasının birliyi üçün iqtisadi münasibətlərin daha da möhkəmləndirilməsinin vacib olduğunu bildirib.

O, hazırda Azərbaycan və Qazaxıstanın aparılan reformalarda lider ölkələr olduğunu vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm