Emin Muradova YÜKSƏK VƏZİFƏ verildi - - FOTO/VİDEO
Bizi izləyin

Nida Xəbər

Emin Muradova YÜKSƏK VƏZİFƏ verildi - - FOTO/VİDEO

Video əlavə olunub

***

11:00

2017-ci ildən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Büdcə siyasəti və makroiqtisadi təhlil şöbəsinin müdiri Emin Muradov vəzifəsini tərk edib.

Publika.az Banker.az-a istinadən xəbər verir ki, Emin Muradov nazirlikdəki vəzifəsini bu aydan etibarən dayandırıb və əmək fəaliyyətini Beynəlxalq Valyuta Fondunda (BVF və ya IMF) davam etdirəcək. O, beynəlxalq qurumda icraçı direktora müşavir təyin edilib.

Bildirək ki, IMF-in Baş ofisi ABŞ-ın paytaxtı Vaşinqtonda yerləşir.

Muradov üçün bu vəzifə ilk deyil. Belə ki, Maliyyə Nazirliyinə (AR) şöbə müdiri təyin olunmazdan əvvəl Asiya İnkişaf Bankında da İcraçı direktorun müşaviri vəzifəsində çalışıb. Yerli qurumlardan "Unibank”, BFB və "Golden Pay” kimi yerlərdə çalışıb.

Texas Universitetinin iqtisadiyyat üzrə magistr dərəcəsi var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm