Hiyləgər və məkrli ermənilərin... - Səməd Seyidov
Bizi izləyin

Nida Xəbər

Hiyləgər və məkrli ermənilərin... - Səməd Seyidov

ABŞ Konqresinin Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qətnamə qərəzli və əsassızdır. Bu sənədin heç bir tarixi, siyasi və hüquqi əsası yoxdur və qardaş Türkiyəyə göstərilən siyasi təzyiqin bir təzahürüdür. Hiyləgər və məkrli ermənilərin və onların havadarlarının məqsədi beynəlxalq münasibətlərdəki gərginlikdən öz mənafeləri üçün istifadə etməkdir. Bu da onların iç üzünü bir daha açıb göstərir.

Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov oktyabrın 31-də parlamentdə keçirdiyi brifinqdə söyləyib.

Komitə sədri bildirib ki, bu qətnamənin qəbul edilməsi ikili standartların bariz nümunəsidir. Əsas məqsəd ölkələr arasında münasibətləri daha da gərginləşdirmək, hərc-mərclik yaratmaqdır.

Səməd Seyidov qeyd edib ki, Azərbaycanın beynəlxalq münasibətləri inkişaf edir. Prezident İlham Əliyev iştirak etdiyi yüksək səviyyəli tədbirlərdə Azərbaycan həqiqətlərini dünyaya çatdırır, siyasi tribunalardan ermənilərin nasist simasını ifşa edir. Dövlət başçısının qəti siyasəti bu günlərdə Azərbaycanın ev sahibliyi etdiyi Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün Yekun Sənədində də öz əksini tapdı. Belə ki, sənədə yeni bənd daxil edildi və bu da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini daha da gücləndirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm