Mehriban xanımın bu qərarının bənzəri yoxdur - Politoloq
Bizi izləyin

Nida Xəbər

Mehriban xanımın bu qərarının bənzəri yoxdur - Politoloq

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın eks-prezident Əbülfəz Elçibəyin evini təmir etdirməsi bizim üçün günün ən xoş xəbəri oldu.

Bu sözləri Axar.az-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı deyib. O, belə bir addımın dünyada bənzəri olmadığını söyləyib:

Bütün dünyada eks-prezidentlərin həyatı “Eks-prezidentlərin statusu haqqında” qanunla tənzimlənir və onların maliyyələşməsi, qorunması da təmin edilir. Onlara dövlət tərəfindən bundan artıq hansısa bir jest edilmir. Azərbaycanda da əslində eyni vəziyyətdir. Ə.Elçibəyin ailəsi dövlət tərəfindən qanunun yol verdiyi şəkildə kifayət qədər təmin olunub.

Buna baxmayaraq, bu yaxınlarda dünyasını dəyişmiş eks-prezidentimizin həyat yoldaşı Həlimə xanımın müraciətinə Birinci vitse-prezident Mehriban Əliyevanın müsbət reaksiya verməsi çox böyük, humanist addımdır.

Mehiban xanım həmişə bizim ənənələrimizə yüksək sədaqəti ilə seçilən, dəyərlərimizə böyük önəm verən addımlar atır və sözün yaxşı mənasında həmişə ictimaiyyəti heyrətləndirə bilir. Bu, eyni zamanda Azərbaycanda siyasi mədəniyyətin, dövlətçilik ənənələrinin oturuşması deməkdir. Əslində, Mehriban xanım bu dövlətçilik ənənəsini yaradır, daim humanist addımları ilə cəmiyyətə xoş mesajlar ötürür”.

A.Camalqızının sözlərinə görə, Azərbaycanda dövlətçiliyin tarixi çox dərin olsa da, bu ənənələr heç zaman indiki qədər bariz şəkildə üzə çıxmayıb:

“İlham Əliyevin hakimiyyəti dövründə bu dövlətçilik ənənələrinin formalaşması prosesi gedir. Fikrimcə, M.Əliyeva bu münasibətlərin müsbət məcraya yönəlməsi, Azərbayacanın dəyərlərinə yüksək münasibət göstərilməsi üçün nə mümkündürsə, edir. Eyni zamanda düşünürəm ki, bu, həm də bir dövlətçilik ərkanıdır”.

Politoloq Mehriban Əliyeva tərəfindən atılan addımın əsl siyasi mədəniyyət nümunəsi olduğunu söyləyib:

“Biz dəfələrlə Türkiyənin ən çətin məqamlarında onların radikal müxalifət nümayəndələrinin belə gəlib rəhbərlikdə olan şəxslərlə yanaşı dayandığının şahidi olmuşuq. Təəssüf ki, Azərbaycanın ictimai-siyasi həyatında buna bənzər hallar yoxdur. Azərbaycanda müxalif fəaliyyət, müxalifətçilik az qala mövcud hakimiyyətə, iqtidara düşmənçilik kimi qəbul olunur. Bu, çox yanlış yanaşmadır. Çünki bu, cəmiyyəti qəddarlaşmağa, amansızlaşmağa, radikallaşmağa sövq edən davranışdır. Bu baxımdan hesab edirəm ki, siyasi münasibətlərin də yumşaldılması və mədəni bir müstəviyə keçməsi baxımından Mehriban xanımın addımı yüksək qiymətləndirilməlidir. Hesab edirəm ki, hər birimiz Mehriban xanıma bu addımlarına görə təşəkkürümüzü bildirməli, onun cəmiyyətimizə yönəli müsbət, pozitiv mesajlarını dəyərləndirməli, daha doğrusu, ondan öyrənməliyik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm