İlham Əliyev Şamaxıdan hazırlanan bu reportajı izlədi və... - VİDEO
Bizi izləyin

Nida Xəbər

İlham Əliyev Şamaxıdan hazırlanan bu reportajı izlədi və... - VİDEO

Prezident İlham Əliyev dünən yeni təyin etdiyi gənc icra başçılarını qəbul edərkən onlara müəyyən tapşırıqlar verməklə yanaşı, olduqca maraqlı məqamlara da toxundu. Prezident həmçinin bəzi icra başçılarının yol verdiyi nöqsanlardan ancaq media, televiziya vasitəsilə məlumat əldə edə bildiyini dedi.

Axar.az xəbər verir ki, buna misal olaraq Prezident İlham Əliyev 28 oktyabr tarixində “ARB-Şəki” kanalının xəbərlər proqramında Şamaxının bərbad vəziyyətdə olan şəhər 2 saylı tam orta məktəbinin vəziyyəti ilə bağlı izlədiyi reportajı göstərdi.

Prezident bildirdi ki, problemlə bağlı icra başçısı ona məlumat verməli olsa da, o, bu haqda mediadan eşidib:

“İctimai nəzarət rayonlarda daha güclü olmalıdır. Buna nail olmaq üçün müvafiq təkliflər hazırlayın. Bəzi icra başçıları tərəfindən yalan məlumatlar ötürülür. Özlərini göstərmək, yaxud da ki, nöqsanlarını ört-basdır etmək üçün yalan raportlar verilir, rayonların inkişafı ilə bağlı, mövcud problemlərlə bağlı həqiqəti əks etdirməyən məlumatlar verilir. Ona görə mən də rayonlara tez-tez gedirəm ki, o problemləri xalqın dilindən eşidim. Mən media nümayəndələrinə də dəfələrlə müraciət etmişəm, demişəm ki, siz mənim köməkçilərimsiniz. Bəzi hallarda mən dözülməz vəziyyətlə bağlı mediadan xəbər tuturam. Bax, son hadisəni demək istəyirəm ki, Şamaxı rayonunda zəlzələ olub, oraya böyük vəsait ayrılıb. Mən oraya getmişəm, yeni tikilmiş evlərin açarlarını vətəndaşlara təqdim etmişəm. Ancaq o gün televizorda baxıram ki, məktəb binasının yarısı uçubdur, çatlar var, uşaqlar qorxudan orada otura bilmirlər. Bəs yaxşı, bunun üstündən səkkiz ay keçibdir, bunu etmək mümkün deyilmi? Vəsait ayrılıb, göstəriş verilib, bir çox evlər tikilib, bu məktəb belə yararsız vəziyyətdə ola-ola bununla necə barışmaq olar? İndi əgər mediada, televizorda bu reportaj getməsəydi, mən bilməyəcəkdim. Mən bilən kimi dərhal göstəriş verdim. İndi orada işlər başlayacaq və o məktəb binası ya sökülüb yenidən tikiləcək, ya da əsaslı təmir olunacaq. Ona görə ictimai nəzarət olmalıdır. Siz də bundan qorxmamalısınız, əksinə, ictimaiyyət sizə dəstək verməlidir”.

Publika.az prezidentin misal çəkdiyi sözügedın reportajı təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm