Nida Xəbər
PA rəsmisi İsveçrədə mühüm görüşlər keçirdi
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 4-5 noyabr 2019-cu il tarixlərində İsveçrəyə işgüzar səfər edib.
Publika.az-ın Trend-ə istinadla məlumatına görə, H.Hacıyev səfər çərçivəsində İsveçrənin xarici işlər üzrə dövlət katibinin müavini Kristina Marti Lanq, İsveçrə Prezidentinin diplomatik müşaviri Terens Billeter, eləcə də Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri, İsveçrə Konfederasiyasının Federal Şurasının ticarət sazişləri üzrə nümayəndəsi, İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin İkitərəfli İqtisadi Əlaqələr İdarəsinin rəhbəri Ervin Bolinqerlə görüşlər keçirib.
Görüşlərdə hər iki tərəfdən Azərbaycan ilə İsveçrə arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib.
İsveçrənin Xarici İşlər Nazirliyində keçirilmiş görüşdə H.Hacıyev qarşı tərəfi Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi dövrü üçün prioritetləri, Ermənistan rəhbərliyinin danışıqlar prosesinə zərbə vuran son ziddiyyətli bəyanatları kontekstində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri barədə məlumatlandırıb, AR Prezidentinin rəhbərliyi ilə ölkə iqtisadiyyatı, məhkəmə-hüquq sistemi və dövlət idarəçiliyində həyata keçirilən islahatlar prosesi ilə yaxından tanış edib.
İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyində keçirilmiş görüşdə Azərbaycanın iştirak etdiyi və həyata keçiridiyi nəqliyyat dəhlizi layihələri, eləcə də iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO