Prezident Anar Nəcəflini TƏLTİF ETDİ
Bizi izləyin

Nida Xəbər

Prezident Anar Nəcəflini TƏLTİF ETDİ

Anar Nəcəfli televiziya və radio sahəsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Publika.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev noyabrın 6-da sərəncam imzalayıb.

Anar Nəcəfli 1980-ci ilin noyabr ayının 3-də Ucar rayonunda anadan olub. O, ANS şirkətlər qrupunda, "İç xəbər" verilişində müxbir kimi çalışıb. Ancaq sonradan aparıcı kimi fəaliyyət göstərməyə başlayıb.

2007-ci ildə "Bürc FM" radiosunda çalışıb. Əvvəl "Bürc FM"də xəbərlər buraxılışı olmayıb o, gələndən sonra burada "Xəbərlər" proqramı fəaliyyətə başlayıb və 2-3 saatdan bir efirə çıxıb.

A.Nəcəfli daha çox Xəzər TV-dəki "Xəbərlər"in aparıcısı kimi məşhurlaşıb.

Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi olan A.Nəcəfli ARB-də jurnalist fəaliyyətini də davam etdirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm