Yeni icra başçısı şəhidin dəfn mərasimində
Bizi izləyin

Nida Xəbər

Yeni icra başçısı şəhidin dəfn mərasimində

Xaçmaz rayon sakini, Dövlət Sərhəd Xidmətinin əsgəri Babək Vəli oğlu Aslanovun Qazax istiqamətində şəhid olduğu barədə məlumat yayılıb.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, hadisə dünən gecə saatlarında baş verib. 2000-ci il təvəllüdlü Babək Vəli oğlu Aslanov Xaçmazın Mollabürhan kəndində dəfn olunub.

Faktı Xaçmaz Rayon İcra Hakimiyyətindən təsdiqləyiblər. İcra Hakimiyyətindən bildirilib ki, icra başçısı Elnur Rzayev də dəfn mərasiminə qatılıb:

“İcra başçısı Elnur Rzayev icra nümayəndələri ilə birgə dəfn mərasimindədir. Şəhidimiz dünən həlak olub. Bu gün rayona gətirilib və yaşadığı Mollabürhan kəndində dəfn olunub”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm