Prezident krala məktub göndərdi
Bizi izləyin

Nida Xəbər

Prezident krala məktub göndərdi

Prezident İlham Əliyev Kambocanın kralı Norodom Sihamoniyə təbrik məktubu göndərib.

Publika.az-ın xəbərinə görə, təbrikdə deyilir: "Əlahəzrət, ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Kamboca arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm