Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
Bizi izləyin

Nida Xəbər

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyeva rəsmi instaqram səhifəsində 12 noyabr - Konstitusiya Günü münasibətilə xalqı təbrik edib.

Publika.az xəbər verir ki, Birinci vitse-prezidentin paylaşımında deyilir:

“Əziz həmvətənlər!

Sizi Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram. Arzu edirəm ki, Azərbaycanın uğurlu inkişafı davamlı olsun, ölkəmizdə daim sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizlik hökm sürsün!”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm