Sabir Rüstəmxanlı qardaşının həbsindən DANIŞDI
Bizi izləyin

Nida Xəbər

Sabir Rüstəmxanlı qardaşının həbsindən DANIŞDI

"Hadisə barədə məlumatlıyam. Guya miqrantlara qeyri-qanuni yardım ediblər".

Bunu Publika.az-a Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı qardaşı Əlövsət Əliyevin Almaniyada miqrant alverinə görə həbs edilməsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, qardaşı miqrantlara yalnız hüquqi yardım göstərib. Qardaşının Azərbaycandan qanunsuz miqrant aparmaqda günahlandırıldığını deyən S.Rüstəmxanlının sözlərinə görə, Əlövsət Əliyev insanlara hüquqi yardım göstərib. Onun əməlində cinayət tərkibi yoxdur.

Qardaşının saxta sənədlər hazırlanmasında ittiham olunması ilə razılaşmayan S.Rüstəmxanlı bildirib ki, Əlövsət Əliyevin saxta sənəd düzəltmək kimi işlərlə əlaqəsi və imkanları yoxdur.

Xəbər verdiyimiz kimi, Almaniyada miqrant alveri ilə məşğul olan azərbaycanlılar saxlanılıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oxumağa davam et
Reklam
Reklam

Gündəm