Elmira Süleymanova istefa verdi? - AÇIQLAMA
Bizi izləyin

Nida Xəbər

Elmira Süleymanova istefa verdi? - AÇIQLAMA

Ombudsman Elmira Süleymanovanın istefa ərizəsi yazdığı barədə məlumat yayılıb.

Bu barədə Musavat.com-a daxil olan məlumatda hətta onun yerinə təyin ediləcək şəxsin artıq müəyyənləşdirildiyi də qeyd edilib. İddiaya görə, Milli Məclisin növbəti iclaslarının birində yeni ombudsman məsələsinin müzakirə ediləcəyi, Azərbaycanın ikinci ombudsmanının hazırda parlament üzvü olan vəzifəli xanım deputatlardan biri olacağı da vurğulanıb.

Məsələ ilə bağlı Ombudman aparatından Axar.az-a bildirilib ki, bu barədə hələlik dəqiq informasiya yoxdur.

Xatırladaq ki, 2002-ci və 2010-cu illərdə İnsan hüquqları üzrə müvəkkil seçilən 82 yaşlı Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm