İmadəddin Nəsiminin 650 illiyinə… - VİDEO
Bizi izləyin

Nida Xəbər

İmadəddin Nəsiminin 650 illiyinə… - VİDEO

Azərbaycanın əməkdar artisti, xanəndə Fərqanə Qasımova dahi Azərbaycan mütəfəkkiri, şairi İmadəddin Nəsiminin yubileyinə “Məndə sığar iki cahan” qəzəlinin yeni təqdimatı ilə qatılıb.

Publika.az xəbər verir ki, kompozisiyanın musiqisi və aranjimanı Tohid Noruziyə aiddir, klipin rejissoru Cəlil Didehvərdir.

Layihənin təqdimatı 18 noyabr, saat 17.00-da, Bakı Kitab Mərkəzində (ünvan: Ü. Hacıbəyov 14) baş tutacaq. Tədbirdə nəsimişünas alimlər məşhur qəzəlin özündə ehtiva etdiyi dərin məna qatlarından söz açacaqlar. Nümayişdən sonra Fərqanə Qasımovanın ifasında Nəsimidən daha bir neçə qəzəl səslənəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm