Nida Xəbər
Naxçıvan Qarnizonu ilə keçirilən hərbi təlim başa çatdı - VİDEO/FOTO
Təlimin üçüncü mərhələsində qəbul edilmiş qərara əsasən praktiki fəaliyyətlərə cəlb edilmiş birinci eşelon bölmələri məhdud görmə şəraitində şərti düşmənin hücumunu dəf edib, artilleriya və aviasiya bölmələrinin atəşi ilə maksimum zərbə endirərək taktiki qrupun hücuma keçməsi üçün əlverişli şərait yaradıb.
Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, gecənin qaranlığında tank, piyada, mühəndis-istehkam, hava hücumundan müdafiə və tankəleyhinə bölmələr tərkibindən yaradılmış tabor taktiki qrupları ötüb keçən dəstələrlə qarşılıqlı əlaqədə hücuma keçərək müdafiəyə soxulmuş düşməni məhv ediblər.
Havanın işıqlanması ilə ehtiyatda olan bir neçə tabor və bölük taktiki qrupları döyüşə salınaraq raket-artilleriya və aviasiya bölmələrinin atəş dəstəyi ilə hücumu dərinliyə doğru inkişaf etdirib, itirilmiş vəziyyəti əlverişli hədlər üzrə bərpa ediblər.
Təlimin yekunu keçirilən zaman bildirilib ki, yaranmış vəziyyəti düzgün qiymətləndirən qərargahlar müasir döyüşün planlaşdırılması, aparılması və idarə edilməsində müsbət nəticələr göstərib, praktiki fəaliyyətlərə cəlb edilmiş bölmələr gündüz və gecə şəraitində tapşırıqların yerinə yetirilməsində yüksək peşəkarlıq nümayiş etdiriblər.
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB