Warning: opendir(/home/publikaaz/cache/): failed to open dir: No such file or directory in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
İlham Əliyevin Masallıya icra başçısı təyin etdiyi Şahin Məmmədov kimdir? - DOSYE
    • USD 1,7000 0,00% EUR 1,8883 0,00%
    • GBP 2,2364 0,00% RUB 0,0267 0,00%

İlham Əliyevin Masallıya icra başçısı təyin etdiyi Şahin Məmmədov kimdir? - DOSYE

İlham Əliyevin Masallıya icra başçısı təyin etdiyi Şahin Məmmədov kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezidentin sərəncamı ilə Şahin Kərim oğlu Məmmədov Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Publika.az xəbər verir ki, Şahin Kərim oğlu Məmmədov 1959-cü ildə Bərdə şəhərində anadan olub. Əmək fəaliyyətinə 1975-ci ildən başlayıb. 1975-1983-cü illərdə "Azelektromontaj" idarəsi və Bərdə Elektrik şəbəkəsində müxtəlif vəzifələrdə işləyib. 1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib.

Şahin Məmmədov 1983-1992-ci illərdə Azərbaycan LKGİ Bərdə rayon komitəsində azad komsomol təşkilat katibi, təlimatçı, ikinci katib, 1992-1993-cü illərdə Maliyyə Nazirliyinin "Azəraudit" mərkəzinin Bərdə rayon şöbəsinin rəisi, 1993-1995- ci illərdə Bərdə rayon İcra Hakimiyyəti başcısının sosial - iqtisadi inkşaf məsələləri üzrə müavini, şöbə müdiri, 1996-2000-ci illərdə Bərdə rayon 026 saylı Əmanət Bank şöbəsinin müdiri, 2000-2004-cü illərdə Birləşmiş Universal Səhmdar Bankının Bərdə rayon filialının müdiri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezdentinin 17 aprel 2004-cü il tarixli sərancamı ilə Samux Rayon İcra Hakimiyyətinin Başcısı vəzifəsinə, 26 dekabr 2005-ci tarixli sərancamı ilə Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilib.

28 dekabr 2018-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR