Nida Xəbər
Türkiyə Xarici İşlər Nazirliyində Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələr aparıldı
Ankara səfəri çərçivəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev Türkiyə xarici işlər nazirinin müavini Sedat Ünalla görüşüb.
Publika.az xəbər verir ki, görüşdə Türkiyə-Azərbaycan münasibətləri, əməkdaşlığın gələcək perspektivləri, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi müzakirə olundub. Nazir müavini bildirib ki, bu münaqişə məsələsinin beynəlxalq gündəmdə saxlanılması çox vacibdir.
Daha sonra çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev Türkiyənin Azərbaycana göstərdiyi dəstək üçün təşəkkür edib. O da çıxışında hər iki ölkənin xüsusilə həssas mövzularda hər zaman bir-birinə dəstək verdiyini ifadə edib. BMTM sədri Ermənistan rəhbərliyinin son zamanlar səsləndirdiyi ritorik çıxışlara diqqət çəkərək, Türkiyənin ATƏT-in Minsk qrupunun üzvü kimi də buna reaksiyasının çox əhəmiyyətli olduğunu əlavə edib.
Görüşdə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim də iştirak edib.
Səfər çərçivəsində nümayəndə heyəti həmçinin Türkiyə XİN yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Ufuk Ulutaşla görüşüb. Görüşdə iki beyin mərkəzi arasında əməkdaşlıq məsələləri, o cümlədən ötən ay imzalanmış Anlaşma Memorandumu çərçivəsində birgə fəaliyyət planı müzakirə olunub.
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik