Nida Xəbər
Qaregin Njde məsələsi Ankarada müzakirə olundu
Qaregin Njde məsələsi daim gündəmdə saxlanılmalı və bu, müvəqqəti xarakter daşımamalıdır".
Publika.az xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev Ankarada Avrasiya Araşdırmalar Mərkəzinin təşkil etdiyi "Erməni-nasizm əməkdaşlığı" adlı tədbirdə çıxışı zamanı səsləndirib. Onun sözlərinə görə, Ermənistanda "məxməri inqilab" adlandırılan hakimiyyət dəyişikliyindən sonra ermənilər özlərini liberal, islahatçı kimi qələmə verməyə çalışırlar: "Ermənistanda əslində irqçilik mühitinin hökm sürməsi faktı ictimaiyyətə çatdırılmalıdır. Ermənistanın daxili mühitini daha yaxşı öyrənmək üçün tədqiqatçılara ehtiyac var".
Daha sonra çıxış edən Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı bildirib ki, ermənilərin tarix boyu qəhrəmanları olmadığı üçün Azərbaycan və Türkiyə əleyhinə terrorlar törətmiş şəxsləri özlərinə qəhrəman elan ediblər. Onun sözlərinə görə, bu baxımdan Ermənistan SSRİ-yə qarşı açıq vuruşmuş Qaregin Njdeni qəhrəman elan edib: "Qaregin Njde "tsexakronizm" ideyasını irəli sürürdü. Bu isə "dinin hakimiyyəti" deməkdir. Bu ideologiyaya əsasən ermənilər ən ali millətdir və "tsexakronizm" ideyası faşızm idealogiyası ilə üst-üstə düşür. Hazırda Ermənistan rəsmi olaraq bu ideologiya ilə idarə olunur".
Qafar Çaxmaqlı bildirib ki, alman kəşfiyyatı üçün çalışan Qaregin Njdeyə xidməti qarşılığında Naxçıvan, Qarabağ və Şərqi Anadolu vəd edilmişdi.
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB