Nida Xəbər
Səməd Qurbanov: Azərbaycan-Rusiya əməkdaşlığı yeni səviyyəyə yüksəlib
Rusiya-Azərbaycan regional forumu ikitərəfli münasibətlərin möhkəmlənməsi, hökumətlər və biznes nümayəndələrinin regional işgüzar əlaqələri üçün səmərəli və uzunmüddətli məkandır.
Publika.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə heyətinin sədri Səməd Qurbanov Moskvada X Rusiya-Azərbaycan regionlararası forumunda deyib.
O xatırladıb ki, ötən il Bakıda keçirilmiş Rusiya-Azərbaycan forumunda prezidentlər İlham Əliyev və Vladimir Putin iştirak edib:
“Bu il Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın, Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun forumda iştirakı bu beynəlxalq tədbirin böyük əhəmiyyətinin təsdiqidir. Forumun başlıca məqsədi Rusiya və Azərbaycan rəhbərləri tərəfindən təyin olunmuş strateji hədəflərə nail olmaq üçün mexanizmlərin hazırlanmasıdır. Bugünkü gün ölkələrimiz arasında ticarət dövriyyəsinin və ticari-iqtisadi münasibətlərin müsbət artım dinamikası müşahidə olunur. Azərbaycan Cənubi Qafqaz regionunda Rusiyanın başlıca ticarət tərəfdaşıdır. 2019-cu ilin ilk doqquz ayı ərzində Rusiyanın regionda ticarət dövriyyəsinin 45 faizi Azərbaycanın payına düşüb. Öz növbəsində Rusiya Azərbaycanın qeyri-neft ixracında birinci yerdədir. Ölkələr arasında ticarət və xidmət, informasiya texnologiyaları sahələri stabil inkişaf edir. Eyni zamanda bu sahələrdə reallaşdırılmamış potensial mövcuddur və bu məsələlərə böyük diqqət ayırmaq lazımdır”.
Onun sözlərinə görə, Azərbaycan və Rusiya İşgüzar Şuraları arasında əməkdaşlıq yeni səviyyəyə yüksəlib.
-
Sosial11:56
Əli Əsədov qərar imzaladı
-
Yaxın Şərq11:26
Rəsmi Tehran: Saniyələr ərzində cavab verəcəyik
-
Magazin111:00
Mələkxanım Eyubovanın bloger qızı Nəzrinin xınası - VİDEO / FOTO
-
Pul10:25
Görün rubl neçəyə oldu: Oktyabrın 30-dan bəri ilk dəfə...
-
Nida Xəbər 09:54
Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq
-
Maraq dünyası09:18
Yerin dərinliyində nəhəng okean tapıldı: Bu nəzəriyyə dağıldı, alimlər çaş-baş qalıblar
-
İKT08:40
“Telegram”a yeni funksiyalar gəlir
-
Nəqliyyat08:30
Bakının bu yollarında tıxac var - SİYAHI