Putin Mehriban Əliyevanı təltif etdi - FOTO
Bizi izləyin

Nida Xəbər

Putin Mehriban Əliyevanı təltif etdi - FOTO

Rusiyanın paytaxtı Moskvada rəsmi səfərdə olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
Publika.az Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, Vladimir Putin Mehriban Əliyev ilə Novo-Oqaryovadakı iqamətgahında görüşüb və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya “Dostluq” ordeni təqdim edilib.

Vladimir Putin Mehriban Əliyevanın Rusiya-Azərbaycan münasibətlərinin inkişafı və möhkəmləndirilməsində böyük xidmətlər göstərdiyini vurğulayıb.

Mehriban Əliyeva Putinin onu Rusiyanın əsl dostu adlandırmasını böyük şərəf kimi qiymətləndirib.

Xatırladaq ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 20-dən Rusiyada rəsmi səfərdədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm