Samir Şərifov: Siyasi partiyalara əlavə 1 milyon manat veriləcək
Bizi izləyin

Nida Xəbər

Samir Şərifov: Siyasi partiyalara əlavə 1 milyon manat veriləcək

2020-ci il dövlət büdcəsi və büdcə zərfinə daxil olan məsələlər Milli Məclisdə müzakirə edilir. Hökumət nümayəndələri də bu müzakirələrdə fəal iştirak edir, qaldırılan məsələlərlə bağlı fikirlərini və şərhlərini bildirirlər.

Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir əlavə edib ki, deputatlar tərəfindən qaldırılan məsələlər daha çox İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi və Maliyyə nazirliyi tərəfindən cavablandırılıb. Nazir deyib ki, bir qrup deputat seçildiyi ərazilər üzrə uşaq baxçaları, idman mərkəzləri, xəstəxanaların yenidən qurulması, təmiri, qaz və yol infrastrukturuna dair məsələləri qaldırıb.

Nazir qeyd edib ki, nəqliyyat sektoruna 1 milyar 722 milyon, su, qaz və elektrik çəkilişlərinə 697 milyon, sənaye və energetika üzrə 137 milyon, ekologiya və kənd təsərrüfatı sahəsinə 156 milyon manat ayrılması təmin edilib.

Onun sözlərinə görə, təhsil msəssisıələrinin tikintisi və təmiri üçün 336 milyon manat ayrılıb: “Bunun hesbına bütün rayonlarda məktəb və uşaq baxçaları tikilib. Səhiyyə obyektlərinin qurulmasına 74 milyon, şəhid ailələrinə ev tikmək məqsədilə 3 milyon manat ayrılıb”. Samir Şərifov əlavə edib ki, 2020-ci il dövlət büdcəsindən də investisiya layihələri üçün böyük məbləğ nəzərdə tutulub: “Millət vəkilləri tərəfindən qaldırılan məsələlərin həlli üçün müəyyən təminat həyata keçirilə bilər. Digər qrup təkliflər iqtisadi məsələlərlə bağlı olub. Əksər sualların təqdim edilən qanun layihəsinə aidiyyəti yoxdur. Hesab edirik ki, bu məsələlərə başqa fomatda baxıla bilər. Həmin təklif və şərhlərdə qanun layiuhəsinə düzəlişlər və əlavələrin edilməsi nəzərdə tutulmur. Bir sıra təkliflər isə yeni qanunvericilik aktlarının qəbulu və mövcud qanunlara dəyişiklik edilməsini nəzərdə tutulub”. Nazir qeyd edib ki, 2020-ci il dövlət büdcəsinə Azərbaycan prezidenti tərəfindən baxılıb və bir sıra məsələlərlə bağlı düzəlişlərin edilməsi mümkün sayılıb: “Siyasi partiyaların maliyyələşməsinə əlavə olaraq bir milyon manat əlavə edilərək 4 milyon manata çatdırılır. İctimai birliklərə nəzərdə tutulan məbləğ 900 min manat artırılaraq 5,5 milyon manata çatdırılır, Milli Məclisin maliyyə təminatı üçün 2020-ci il dövlət büdcəsindən parlamentə 1,9 milyon manat artırılması təklif edilir”.

Nazirin çıxışından sonra “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ikinci oxunuşdan qəbul edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm