Mehriban xanımın Moskvadakı bu addımı… – Arkov
Bizi izləyin

Nida Xəbər

Mehriban xanımın Moskvadakı bu addımı… – Arkov

Son aylarda İrəvan beynəlxalq aləmdə ardıcıl uğursuzluqlar yaşayır, Bakı isə yeni uğurlar qazanır. Ermənistan ölkənin beynəlxalq imicini möhkəmləndirmək üçün faydalı işlərlə məşğul olmaq əvəzinə, Azərbaycanın bu istiqamətdəki hərəkətlərini analiz edir.

Publika.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq, PolitRUS analitik şəbəkəsinin rəhbəri Vitali Arkov deyib. Onun sözlərinə görə, burda həm də insan resurslarının keyfiyyətinin rolu var:

“Çünki bu gün həmin resurslar Ermənistanın siyasi olimpinin başındadır. Onlar (hazırki Ermənistan hakimiyyəti – red.) buna görə də birləşib, Robert Köçəryanı məhv edirlər. Amma özləri onun dırnağı da ola bilməzlər”.

Politoloqun fikrincə, Azərbaycan cəmiyyəti keçmişdə olduğu kimi, bu gün də Qərbin küləyi ilə gətirilən təxribatlara uymur:

“Bu gün Azərbaycanda müşahidə olunan siyasi təkamül, şübhəsiz ki, istənilən rəngli, məxməri inqilablardan yaxşıdır. Azərbaycanlılar bunu öz acı təcrübələrindən öyrəniblər – Heydər Əliyevin qayıtması vətəni xaosdan xilas etməyə imkan verdi. Azərbaycan öz potensialını ona görə dirçəltməyib ki, okeanın o tayındakılar ölkənin müstəqil siyasətinə və milli maraqlarını qoruduğuna görə onu “cəzalandırsın”. Məhz buna görə də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya rəsmi səfərini Cənubi Qafqazın aparıcı dövlətinin həyatında yeni təkamül mərhələsi və uzaqgörən strategiya kimi qiymətləndirmək olar”.

Rusiyalı politoloq Mehriban Əliyevanın Qızıl Meydanda Naməlum Əsgər məzarına əklil aparmasını faşizmə qarşı vuruşan bütün əsgərlərə, o illərdə ümumi vətənimizi qoruyan Azərbaycan xalqının oğul və qızlarına hörmət rəmzi olduğunu da vurğulayıb:

“Bu, müdrik siyasətçinin və əsl vətənpərvərin addımıdır. Bu addım hazırda daha da önəm daşıyır, çünki indi biz birlikdə böyük qələbənin 75 illiyi ərəfəsindəyik. Hansı ki, müxtəlif qüvvələr bəzən Hitlerin tərəfdarlarının heykəllərini ucaltmaqla bu qələbəni kiçiltmək və ləkələmək istəyirlər. Bunun yolverilməzliyi Azərbaycan Prezidenti İlham Əliyev 11 oktyabr tarixli Aşqabad nitqində vurğulanıb. Onun bu çıxışı yalnız bir nəfər – Ermənistanın Baş naziri Nikol Paşinyan istisna olmaqla – hər kəs tərəfindən dəstəkləndi. Qeyd etmək lazımdır ki, Paşinyana verilən xoşagəlməz suallar hətta Ermənistanın özündə də artır. Çünki o öz şəxsi və siyasi məqsədlərini, o cümlədən, okeanın o tayında olan sahiblərinin verdiyi tapşırıqları yerinə yetirməyə çalışaraq, erməni xalqını Azərbaycanla başladılacaq yeni müharibənin oduna atmaq niyyətindədir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm