SON DƏQİQƏ: YAP Milli Məclisdən geri çəkilir
Bizi izləyin

Nida Xəbər

SON DƏQİQƏ: YAP Milli Məclisdən geri çəkilir

Hakim Yeni Azərbaycan Partiyası Milli Məclisdə təmsil olunan deputatlarını geri çəkib.

Bu barədə Axar.az-a adının çəkilməsini istəməyən millət vəkili məlumat verib. Qərar YAP-ın bu gün keçirilən Siyasi Şurasında qəbul edilib.

Qərarın az sonra mediaya elan olunacağı gözlənilir.

Qeyd edək ki, qanunvericilliyə görə, parlament çoxluğu deputatlarını geri çəkərsə, yetərsay olmadığı üşün Milli Məclis özünü buraxmağa məcbur olacaq.

YAP parlamentdə 125 deputat yerindən 71-nə sahibdir. Hazırda onlardan bir neçəsi vəzifəyə təyin olunduğuna görə mandatdan imtina etsə də, YAP-ın parlamenti buraxmaq səviyyəsində (50%-dən çox) deputatı var.

Xatırladaq ki, sabah MM-in plenar iclası keçiriləcək və MM-in də sabah özünü buraxacağı ehtimal olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm