Azərbaycanın yeni Ombudsmanı FOTOLARDA
Bizi izləyin

Nida Xəbər

Azərbaycanın yeni Ombudsmanı FOTOLARDA

Bu gün Milli Məclisdə Azərbaycanın yeni İnsan Hüquqları üzrə Müvəkkilinin - Ombudsmanın seçkisi keçirilib.

Publika.az xəbər verir ki, 104 səs ala Səbinə Əliyeva Azərbaycanın yeni Ombudsmanı seçilib.

Qeyd edək ki, S.Əliyeva səfir Yaşar Əliyevin qızı, millət vəkili Siyavuş Novruzovun həyat yoldaşıdır. O, 7 may 1980-ci il tarixində Bakıda anadan olub və ixtisasca hüquqşünasdır. S.Əliyeva hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə malikdir. O, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Eyni zamanda 3-cü dərəcə Dövlət müşaviridir. Yeni təyinatından əvvəl Konstitusiya Məhkəməsi Aparatının rəhbərinin müavini vəzifəsini tutub.

Yeni Ombudsmanın bəzi fotolarını təqdim edirik.

Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm