XİN-dən SƏRT BƏYANAT: Paşinyan hansı strategiyadan danışır?
Bizi izləyin

Nida Xəbər

XİN-dən SƏRT BƏYANAT: Paşinyan hansı strategiyadan danışır?

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan baş nazirinin milli təhlükəsizlik strategiyası üzrə iclasda çıxışı zamanı Ermənistanın strateji maraqlarına uyğun olaraq münaqişənin həlli prosesində öz mövqeyini təqdim etməyə nail olması ilə bağlı səsləndirdiyi fikrinə münasibət bildirib.

Publika.az-a açıqlamasında L.Abdullayeva bildirib ki, Ermənistan baş nazirini anlamaq çox çətindir:

O, sözlərinə belə davam edib: "Əlbəttə, baş nazir Nikol Paşinyanın bu fikirlərinin daxili auditoriyaya yönəldiyi heç bir şübhə doğurmur. Maraqlıdır, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində heç bir irəliləyişin əldə olunmadığı və beləliklə də gərginliyin hər an artması riskinin mövcud olduğu bir halda Nikol Paşinyan hansı strategiyadan danışır? Əgər Ermənistanın strateji maraqları münaqişənin həlli prosesinə zərbə vurmaqdırsa, o zaman Ermənistan rəhbərliyi bunu açıq şəkildə bəyan etməlidir ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri başda olmaqla beynəlxalq ictimaiyyət müvafiq nəticə çıxarsın. Ermənistan hökumətinin rəhbərinin nə dediyindən asılı olmayaraq, münaqişənin həlli ilə bağlı BMT TŞ-nin qətnamələrində, digər təşkilatların çoxsaylı qərarlarında, eləcə də Minsk Qrupu həmsədrlərinin bəyanatlarında aydın şəkildə əks olunan mövqe ondan ibarətdir ki, Azərbaycanın işğal olunmuş əraziləri boşaldılmalı, azərbaycanlı məcburi köçkünlər isə oz evlərinə geri qayıtmalıdırlar".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm