Bakıda bu gün keçirilən mitinqlə bağlı RƏSMİ AÇIQLAMA
Bizi izləyin

Nida Xəbər

Bakıda bu gün keçirilən mitinqlə bağlı RƏSMİ AÇIQLAMA

Bakı Şəhər Baş Polis İdarəsi Azərbaycan Xalq Hərəkatının keçirdiyi mitinqlə bağlı məlumat yayıb.

Publika.az-a idarənin Mətbuat Xidmətindən verilən məlumata görə, açıqlamada deyilir:

"Noyabrın 30-da özünü Azərbaycan Xalq Hərəkatı adlandıran qurumun paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki "Neftçi" idman klubunun təlim bazasında Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin qurumun ümumi sayı 450 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

Mitinq zamanı ictimai asayişin və hüquq qaydasının pozulması halları qeydə alınmayıb".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm