Parlamentin buraxılması bu niyyətdən irəli gəlir - Əli Hüseynli
Bizi izləyin

Nida Xəbər

Parlamentin buraxılması bu niyyətdən irəli gəlir - Əli Hüseynli

"2016-cı ildə keçirilən referendum və bu zaman konstitusiyaya edilən əlavə və dəyişikliklər bu gün həyata keçirilməsi nəzərdə tutulan işlər üçün ciddi bir konstitusion baza roludur. Konstitusiyanın 98-1-ci maddəsi parlamentin buraxılması məsələsini həll etmiş olur".

Publika.az xəbər verir ki, bu sözləri parlamentdə çıxışı zamanı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qurumun buraxılmasını hüquqi baxımdan əsaslandırarkən deyib.

Əli Hüseynli xatırladıb ki, bu illər ərzində parlament öz fəaliyyətində Prezidentin islahatlarına dəstək verib: "Bununla yanaşı, parlamentin fəaliyyətinin təkmilləşdirilməsi, daha da mükəmməlləşdirilməsi ilə bağlı cəmiyyətin düşüncələri var. Bu baxımdan Yeni Azərbaycan Partiyasının parlamentin buraxılması ilə bağlı müraciəti əslində xalqın etimadını yenidən qazanmaq niyyətindən irəli gəlir. Bu, eyni zamanda YAP-ın xüsusi siyasi mədəniyyətini göstərir".

Komitə sədri əlavə edib ki, bir sıra ekspertlərin və opponentlərin Milli Məclisin buraxılmasının konstitusiyanın 89-cu maddəsinin 5-ci bəndində qeyd olunmuş deputatın özünün imtina etməsi ilə bağlı səlahiyyətlərinə xitam verilməsi məsələsi ilə eyniləşdirməsi yanlış yanaşmadır: "Çünki bu məsələ konstitusiyanın 98-ci maddəsində qeyd olunub. MM-in buraxılması ilə bağlı müraciət göz qabağındadır. Konstitusiyanın 94-95-ci maddələrində nəzərdə tutulmuş səlahiyyətlərin qeyd etdiyimiz müasir çağırışlara uyğun həyata keçirilməsi və xalqın etimadının yenidən qazanılması məqsədi ilə bu addım atılmış olur. Bu yanaşma bizim konstitusiyamıza və hüquq sisteminə uyğundur".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm