Qüdrət Həsənquliyev parlamentin çatışmayan cəhətini AÇIQLADI
Bizi izləyin

Nida Xəbər

Qüdrət Həsənquliyev parlamentin çatışmayan cəhətini AÇIQLADI

“Hesab edirəm ki, iqtidar nüfuzunun yüksək olduğu dövrdə seçkilərə gedir. Bu da başa düşüləndir”.

Publika.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında çıxış edən deputat Qüdrət Həsənquliyev deyib.

BAXCP sədri əlavə edib ki, sağlam və konstruktiv müxalifət olaraq növbədənkənar parlament seçkilərinin keçirilməsini dəstəkləyirlər: “Hesab edirəm ki, bu, müxalifət üçün bir şansdır ki, parlamentdəki yerlərini artırsın. Həmişə söyləmişəm ki, parlamentin çatışmayan cəhəti burada müxalifət fraksiyasının olmamasıdır”.

Deputat qeyd edib ki, həm iqtidar, həm də parlamentdəki müxalifət partiyaları xalq qarşısında məsuliyyət daşıyır: “Növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Konstitusiyada hər hansı bir prosedur nəzərdə tutulmayıb. Dünyada qəbul olunmuş bir məsələ var ki, parlament çoxluğu istənilən vaxt, ölkədə böhran yarandıqda, özünə inamı bərpa və digər məsələləri əsas götürərək növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü ilə çıxış edə bilər. Hesab edirəm ki, bizim də bu səlahiyyətlərimiz var”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm