Prezidentin işdən çıxarılan köməkçisinə yeni vəzifə verildi
Bizi izləyin

Nida Xəbər

Prezidentin işdən çıxarılan köməkçisinə yeni vəzifə verildi

Nazirlər Kabinetində (NK) yeni təyinatlar olub.

Azər Əmiraslanov Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Bundan başqa, Mehman Tağıyev Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

NK-nın Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov məlumatı təsdiqləyib.

Qeyd edək ki, Azər Əmiraslanov daha əvvəl Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi, Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsini tutub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm