Nida Xəbər
Heydər Əliyev Fondu “Azərbaycan” pavilyonuna görə mükafatlandırıldı - - FOTO
Heydər Əliyev Fondu Moskva hökumətinin “Moskva restavrasiyası - 2019” müsabiqəsinin xüsusi mükafatına layiq görülüb.
Heydər Əliyev Fondundan Publika.az-a verilən məlumata görə, bu mükafat Fonda Rusiya paytaxtındakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun əsaslı bərpa və təmirinin yüksək səviyyədə təşkilinə görə təqdim edilib.
Mükafatı Moskva şəhərinin meri Sergey Sobyanin təqdim edib.
“Moskva restavrasiyası - 2019” mədəni irs obyektlərinin qorunması və təbliği sahəsində ən yaxşı layihə müsabiqəsi artıq 9-cu dəfədir keçirilir. Bu il təşkilatçıya 48 obyekt üzrə 96 ərizə daxil olub.
Qeyd edək ki, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonu 1939-cu ildə inşa olunub. Moskva hökuməti keçmiş sovet respublikalarına milli pavilyonların bərpası təklifini irəli sürdükdən sonra 2017-cı ildə pavilyon rəsmi olaraq Azərbaycan tərəfinə təhvil verilib və burada Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa işlərinə başlanılıb. Noyabrın 23-də pavilyonun bərpa işlərindən sonra açılış mərasimi keçirilib .
Milli pavilyonumuzda bərpa işləri onun binasının tarixi görünüşü, memarlıq-etnik özünəməxsusluğu saxlanılmaqla həyata keçirilib. Azərbaycan və Rusiya tərəfindən peşəkar memar, bərpaçı-rəssamların iştirakı ilə həyata keçirilən işlər divarlar, mərmər döşəmə, tavan, pəncərə və qapılar, fənərlər və mərmər sütunlar, dekorativ elementlər və digər detallar daxil olmaqla eksteryer və interyeri, bütün sərgi zallarını əhatə edib.
Burada yeddi zalda xalqımızın qədim tarixini, mədəniyyətini, ənənələrini əks etdirən eksponatlarla yanaşı, müstəqil Azərbaycanın tarixi, ölkəmizin iqtisadi-siyasi, humanitar sahələrdəki nailiyyətləri, turizm potensialı barədə məlumatlar əldə etmək mümkündür.
Daimi ekspozisiya zalında milli musiqi, xalçaçılıq, sənətkarlıq nümunələri sərgilənir. Həmçinin pavilyonda Azərbaycanın məşhur rəssamlarının əsərləri təqdim edilir. Pavilyonun ekspozisiya zalında, eyni zamanda, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, Azərbaycan-Rusiya əlaqələrinin genişlənməsində vacib rol oynamış ölkə ziyalıları barədə məlumatlar təqdim olunur. Burada ayrı-ayrı zallarda müxtəlif mövzularda mühazirə və konfransların keçirilməsi, musiqi proqramlarının, eləcə də turizm zonasında Azərbaycanın turizm imkanları barədə məlumatların təqdimatı nəzərdə tutulur.
“Ticarət evi” zonasında Azərbaycan istehsalı olan məhsullar təqdim edilir.
Kitabxana və oxu zalında müxtəlif kitablar, o cümlədən Heydər Əliyev Fondunun nəşrləri ilə tanış olmaq mümkündür.
-
Sağlamlıq07:08
Səhər oyanan kimi 5 ədəd qoz yesəniz, görün nələr olacaq...
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov