Nida Xəbər
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çində fəaliyyətini gücləndirir - - FOTO
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) Çinin Guandzhou şəhərində keçirilən "Imperial Spring - 2019" toplantısında tərəfdaş kimi çıxış edib.
Toplantıda NGBM-nin Həmsədri, Latviyanın sabiq Prezidenti xanım Vaira Vike-Freiberqanın rəhbərliyi ilə Mərkəzin üzvü olan ondan çox sabiq ölkə və hökumət başçıları iştirak edib.
Multilaletarizm, BMT-nin Davamlı Inkişaf proqramı və Beynəlxalq qaydalara əsaslanan dünya nizamına həsr olunmuş konfransın açılışında Çin Xalq Respublikasının Vitse-Prezidenti Vanq Qishan iştirak edib.
Tədbir çərçivəsində Çin Xalq Respublikasının Prezidenti Xi Jinping toplantıda iştirak edən sabiq ölkə və hökumət başçılarını qəbul edərək toplantı çərçivəsində qaldırılan məsələləri müzakirə edib.
Görüş zamanı xanım Vaira Vike-Freiberqa Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bu əməkdaşlığa qoşulmasının əhəmiyyəti, Mərkəz tərəfindən illik təşkil olunan Qlobal Bakı Forumunun artan Beynəlxalq nüfuzunu xüsusi olaraq vurğulayıb.
Mərkəzin üzvü Bosniya və Herseqovinanın sabiq Prezidenti Mladen İvanic isə "Bir kəmər-Bir ipək" yol xətti, "17+1" layihələrinin Qafqazdan başlayaraq Şərqi-Avropa ölkələrinin inkişafına göstərdiyi önəmli dəstəyi xüsusi vurğulayıb və qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin dəstəyi ilə keçirilən Qlobal Bakı Forumları çərçivəsində mütəmadi olaraq Çin ilə bağlı müzakirə və fikir mübadilələrinin aparılması mühüm rol oynayir.
-
Kriminal05:45
Piramida üsulu ilə pulu belə oğurlayırlar - VİDEO
-
Avto02:19
Zukerberq xanımı üçün xüsusi "Porsche" hazırlatdı - FOTOLAR
-
ABŞ01:40
"Milton" yaxınlaşır - Co Bayden fövqəladə vəziyyət elan etdi
-
Dünya01:20
İsrail bu gecə İrana zərbə endirməyi planlaşdırır
-
Qoroskop00:22
Günün qoroskopu: qəfil xərclərlə üzləşə bilərsiz
-
İdman7 Oktyabr 23:38
“Neftçi”nin baş məşqçisi o olacaq – Danışıqlar başladı
-
Kriminal7 Oktyabr 22:32
15 yaşlı Sevinc qətlə yetirilərkən hamilə olub - YENİ DETALLAR
-
Magazin17 Oktyabr 21:11
Afət Fərmanqızının oğlunun toyundan GÖRÜNTÜLƏR