"Bələdiyyə və parlament seçkilərinin üst-üstə düşməsi..." - Məzahir Pənahov danışdı
Bizi izləyin

Nida Xəbər

"Bələdiyyə və parlament seçkilərinin üst-üstə düşməsi..." - Məzahir Pənahov danışdı

“Bələdiyyə və parlament seçkilərinin üst-üstə düşməsi hazırlıq baxımından daha geniş imkanlar yaradır”.

Publika.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bələdiyyə seçkilərinə hazırlığın gedişi ilə bağlı AzTV-yə açıqlamasında deyib.

Sədr bildirib ki, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar artıq məntəqə seçki komissiyaları fəaliyyətə başlayıb: “İlk baxışdan belə görünə bilər ki, bələdiyyə seçkiləri ilə Milli Məclisə növbədənkənar seçkilərin üst-üstə düşməsi ahəngi poza bilər. Amma mən tam məsuliyyətimlə deyirəm ki, bu, heç də belə deyil. Əksinə, bələdiyyə və parlament seçkilərinin üst-üstə düşməsi hazırlıq baxımından daha geniş imkanlar yaradır. Əvvəla, biz bələdiyyə seçkiləri ilə əlaqədar tədbirləri bütün istiqamətlərdə, demək olar ki, başa çatdırmaq ərəfəsindəyik. Biz artıq bülletenlərin çapı ilə məşğul oluruq. Yəni, əsas addımların hamısı atılıb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm