SON DƏQİQƏ: MSK növbədənkənar parlament seçkiləri ilə bağlı Təqvim Planını təsdiqlədi - - FOTO
Bizi izləyin

Nida Xəbər

SON DƏQİQƏ: MSK növbədənkənar parlament seçkiləri ilə bağlı Təqvim Planını təsdiqlədi - - FOTO

Mərkəzi Seçki Komisiyasının (MSK) iclası keçirilir.

Publika.az xəbər verir ki, iclası MSK sədri Məzahir Pənahov açıb.

O, ilk olaraq V çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Prezident İlham Əliyevin dekabrın 5-də imzaladığı sərəncamını oxuyub.

MSK sədri bildrib ki, Seçki Məcəlləsinin tələbinə əsasən MSK seçkinin keçirilməsinə dair müvafiq tədbirlər həyata keçirməldir: “Bu məqsədlə də bu gün Mərkəzi Seçki Komissiyasının iclası çağırılıb”.

İclasda ilk olaraq “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı” müzakirə edilib. Məsələ barədə MSK-nın katibi Arifə Muxtarova məlumat verib. O qeyd edib ki, Təqvim Planında seçkilərin keçirilməsinə dair tədbirlərin – namizədlərin qeydiyyatı, təbliğat-təşviqat kampaniyasının aparılma müddəti, müşahidəçilərin qeydiyyatı və sair məsələlər müəyyənləşdirilib. Onun sözlərinə görə, MSK seçki günü ərzində 5 dəfə seçici fəallığına dair məlumat açıqlayacaq.

Müzakirələrdən sonra “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı” təsdiq edilib.

İclas davam edir.

Səxavət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm